Daxili İşlər nazirinin oğlu da döyüşə qatıldı – Foto
Bizi izləyin

Dünya

Daxili İşlər nazirinin oğlu da döyüşə qatıldı – Foto

Ukrayna Daxili İşlər nazirinin yeganə oğlu da separatçılara qarşı müharibəyə qoşulub.

Axar.az xəbər verir ki, Arsen Avakovun oğlu Aleksandr Avakov “Kiyev-1” batalyonunda döyüşə başlayıb. 25 yaşlı Aleksandrın “Kiyev-1” batalyonunda hərbi formada şəkli sosial şəbəkələrdə paylaşılıb.

“Kiyev-1” batalyonu 2014-cü ilin aprelində Ukrayna Daxili İşlər Baş İdarəsi tərəfindən yaradılıb. 423 nəfərdən ibarət batalyon Ukraynanın cənub-şərqində separatçılara qarşı mübarizə aparır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm