ABŞ İŞİD-i vurmamışdan öncə Türkiyəni məlumatlandırıb
Bizi izləyin

Dünya

ABŞ İŞİD-i vurmamışdan öncə Türkiyəni məlumatlandırıb

ABŞ İraqda İŞİD-ə qarşı təşkil etdiyi hücumdan öncə Türkiyəyə bu barədə məlumat verib.

Axar.az xəbər verir ki, Vaşinqton rəhbərliyi Ankaraya “İŞİD”-i vuracağıq” məlumatını şəxsən ABŞ Dövlət katibi Con Kerri vasitəsilə çatdırıb.

Kerri dünən axşam saatlarında Türkiyə Xarici işlər naziri Əhməd Davudoğluya telefon zəngi edib. Kerrinin zəng etdiyi ərəfədə Davudoğlu Baş nazir Ərdoğanın rəhbərliyi altında keçirilən təhlükəsizlik toplantısında iştirak edirdi.

Əldə edilən məlumata görə, Davudoğlu Kerrinin zəngi zamanı yığıncağı tərk edib, daha sonra geri dönərək Baş nazir Ərdoğanı və yığıncaq iştirakçılarını məlumatlandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm