Dünya
Donetskdə döyüşlər gedir (FOTO)
Ukraynanın Donetsk şəhərində avtomat və böyuk kalibrli
silah atışmalarının səsləri eşidilir.
ANS PRESS-in məlumatına görə, Donetskdə vəziyyət gərgin olaraq
qalır. Şahidlərin bildirdiyinə görə, aeroport tərəfindən raket
atəşlərinin səsləri eşidilir.
Abakumovo qəsəbəsi ərazisində olan şaxtanın ətrafında döyüş
əməliyyatları aparılır. Bu haqda Donetskin şəhər sovetinin mətbuat
xidməti xəbər verib.
Bundan başqa, yaxındakı mikrorayonların sakinləri Biryuzova və
Lidiyevka avtomat və böyuk kalibrli silahdan atışmaların səslərini
eşitdiylərini bildirib.
Qeyd edilir ki, ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb,
avtobuslar yalnız Lidiyevka şaxtası dayanacağına qədər gedir.
Həmçinin bildirilir ki, Petrovski, Kirov rayonlarında və Mospino
(Proletar rayonu) şəhərində döyüş əməliyyatlarına görə, briqadalar
qəzalı elektrikgötürmə xəttinin və su kanalının obyektlərini bərpa
edə bilmir.
Maşınqayırma zavodunun qəsəbələrində sakinlərin su təminiylə bağlı
gərgin vəziyyət qalır. Lidiyevka (Kirov rayonu), Privolya, Şaxta
29-nun (Petrovski rayonu) sakinləri artıq necə gündür ki, susuz
qalıb.
Xatırladaq ki, Donetskdə ötən gün ərzində 4 dinc sakin həlak olub,
18 nəfər isə yaralanıb.
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır