Kadırov: “Qərb məğlubiyyətini boynuna alacaq”
Bizi izləyin

Dünya

Kadırov: “Qərb məğlubiyyətini boynuna alacaq”

Rusiyanın Qərbə tətbiq etdiyi sanksiyaları dəstəkləyirəm”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Çeçenistanın prezidenti Ramzan Kadırov çıxış edib.

O, Rusiyanın ABŞ, Avropa İttifaqı ölkələri, Kanada, Avstraliya və Norveç Krallığının mallarının ölkə ərazisinə idxalına 1 illik qadağa qoyulmasını tətbiq edən sanksiyaları dəstəklədiyini bildirib:

“Zənnimcə, bu hərəkət birmənalı olaraq effektiv və müasir tədbirdir. Prezident Vladimir Putin bu addımıyla Qərbin və ABŞ-ın özbaşınalığına göz yummaq niyyətində olmadığını bildirdi. Rusiyanın tətbiq etdiyi sanksiyalar ölkənin kənd təsərrüfatına öz müsbət nəticəsini verəcək. ABŞ-ın Qərb müttəfiqləri isə sanksiyalara görə uduzduqlarını boynuna alacaqlar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm