Medvedev: “Gürcüstanla müharibə yeganə doğru qərar idi”
Bizi izləyin

Dünya

Medvedev: “Gürcüstanla müharibə yeganə doğru qərar idi”

“O günlərdə mən həyatında ən mürəkkəb qərarlardan birini qəbul etməli oldum. Gürcüstanla müharibə barədə qərarı məcburiyyətdən verdim”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Rusiya baş naziri Dmitri Medvedev “tvitter” səhifəsinə Rusiya-Cürcüstan müharibəsinin başlanmasının altıncı ildönümü ilə bağlı yazıb.

Həmin dövrdə Rusiya prezidenti ola D.Medvedevin sözlərinə görə, vaxt keçəndən sonra hamı bunun yeganə doğru qərar olduğuna əmin oldu.

“Dünya xəritəsində iki dövlət - Cənubi Osetiya və bu silahlı konfliktə cəlb edilmiş Abxaziya ortaya çıxdı. Ancaq bu dövlətlərin bizim tərəfimizdən tanınması Rusiya və Qərbin münasibətlərini çətinləşdirdi. Amma o zaman dünya cəmiyyətində Rusiyanı anlamaq üçün müdriklik və güc tapıldı. Və nəticədə Abxaziya və Cənubi Osetiyada artıq altı ildir ki, sülh hökm sürür”, - baş nazir qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm