Dünya
ABŞ İŞİD-ə 2-ci aviazərbəni vurdu
ABŞ Hərbi Hava Qüvvələri bu gün ərzində ikinci dəfə
İraqın şimalında yerləşən Ərbil şəhərində İraq və Şam İslam Dövləti
(İŞİD) qruplaşmasının mövqelərini bombalayıb.
ANS PRESS-in məlumatına görə, bu haqda Pentaqonun mətbuat katibi,
kontr-admiral Con Kirbi bildirib.
Onun sözlərinə görə, Hərbi Hava Qüvvələri Ərbil şəhərində "İslam
dövləti" döyüşçülərinə zərbə vurub.
Yerli vaxtla saat 17:00-da pilotsuz təyyarələrin köməyi ilə
cihadçıların minaatan mövqelərinə iki dəfə hücüm edilib, bir neçə
döyüşçü "müvəffəqiyyətlə məhv edilib", - deyə Kirbi qeyd edib.
İkinci zərbə saat 18:20-də vurulub. Pentaqonun nümayəndəsi bildirib
ki, dörd F/A-18 qırıcısı döyüşçülərlə dolu yeddi maşından ibarət
sütuna hücüm ediblər, həmçinin Ərbil yaxınlığındakı artilleriya
mövqeləri məhv edilib.
Kirbi izah edib ki, hücumun hədəfi "şəhəri qorumaq və ABŞ-dan olan
mütəxəssislərin İraq hakimiyyətinə yardım göstərməyinə kömək
etməkdir".
Ərbil hakimiyyəti daha əvvəl bildirirdi ki, cihadçılar şəhərdən 20
mildə ola bilərlər.
İraqda avia zərbələr haqqında qərar cümə axşamı ABŞ prezidenti
Barak Obama tərəfindən qəbul edilib. Onun sözlərinə görə, zərbələr
ABŞ maraqlarını qorumağa kömək edəcək.
-
Region18:38
Ərdoğan: Türkiyə Qarabağ imtahanından alnıaçıq çıxıb
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq