Ukrayna ordusu irəliləyir
Bizi izləyin

Dünya

Ukrayna ordusu irəliləyir

Ukrayna güc strukturları Donetsk bölgəsinin “Saur-Mogila” təpəliklərindəki yüksəkliklərdən birini ələ keçirib.

Publika.az-ın məlumatına görə, bu barədə “antiterror əməliyyatları”nın spikeri Aleksey Dmitraşkovski öz feysbuk səhifəsində yazıb.

“Bu günün vacib nailiyyətlərindən biri 25 və 51 briqada və 3-cü xüsusi təyinatlı polkun “Saur-Mogila” (hün. 277) bölgəsində daha bir strateji hündürlüyü ələ keçirməsi olub”- deyə spiker yazıb.

Dmitraşkovski həmçinin bilidirib ki, vuruşmalarda düşmənin xeyli sayda canlı qüvvə və texnikası məhv edilib.
Xəbəri əks tərəf hələ ki, təsdiqləməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm