Nigeriyada fövqəladə vəziyyət elan olundu
Bizi izləyin

Dünya

Nigeriyada fövqəladə vəziyyət elan olundu

Ebola virusu səbəbindən Nigeriyada da fövqəladə vəziyyət elan olundu.

Publika.az “Əl-Ərəbiyyə” telekanalına istinadla bildirir ki, Nigeriya prezidenti Qudlak Conatan bu haqda bəyanat verib.

Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, Qərbi Afrikada virusun yayılması nəticəsində 961 nəfər dünyasını dəyişib. Bunlardan cəmi bir nəfəri Nigeriyanın payına düşür.

Virusun ən çox yayıldığı ölkələr Syerre-Leone, Liberiya və Qvineyadır. Liberiya da bir müddət əvvəl fövqəladə vəziyyət elan edilib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm