• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Buz yavaş-yavaş tərpənir, amma…”- “Cenevrə-2”

  • Dünya
  • 31 Yanvar 2014 12:51
  • 410 Baxış
“Buz yavaş-yavaş tərpənir, amma…”- “Cenevrə-2”

Yanvar ayının 22-sində başlayan “Cenevrə-2” danışıqlarının birinci mərhələsi bu gün başa çatır. Rəsmi Dəməşq və müxalifətin nümayəndə heyətləri 10 Fevral tarixində danışıqların ikinci raunduna qayıdacaqlar. Aralarındakı əhəmiyyətli fikir ayrılıqlarına baxmayaraq, nə rejim, nə də müxalifəti təmsil edən Suriya Müxalif və İnqilabçı Güclər Milli Koalisiyası qapını çırparaq vaxtından əvvəl İsveçrəni tərk etməyə hazırlaşmırlar.

Publika.Az –ın verdiyi xəbərə görə, “Nezavisimaya gazeta”ya danışan Rusiyanın Cenevrədəki nümayəndəliyi danışıqların birinci mərhələsində əsirlərin dəyişdirilməsi və humanitar yardım üçün dəhlizin açılmasından başqa əhəmiyyətli praktik qərarların qəbul olunmadığını bildirib.

Mənbə bununla belə tərəflərdə ümidsizlik hisslərinin olmadığını qeyd edir. BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Brahimi da təxminən eyni ruhda danışıb: “Tərəflərin mövqelərində qırılma çox böyükdür. Buz yavaş-yavaş tərpənir, amma o tərpənir. Ümid edirəm ki, ikinci raund daha konstruktiv və məhsuldar olacaq”.

Açıqlamalardan da göründüyü ki, vasitəçilər danışıqların birinci raundunun nətcələrindən razı deyil. L.Brahimi danışıqların kəsilməməsi üçün “Cenevrə-2”nin təşəbbüskarları olan Rusiya və ABŞ-ı ikinci raundda daha aktiv olmağa çağırıb. “Rusiyanın Suriya hökuməti, ABŞ-ın isə müxalifətlər əlaqələri var. Onlar bir-biri ilə danışır və qarşı tərəfi inandıra bilirlər. Bunun üçün də Rusiya və ABŞ öz imkanlarından maksimum istifadə etməlidirlər”, - BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi deyib.

“Nezavisimaya gazeta” yazır ki, həqiqətən də Rusiya və ABŞ-ın danışıq prosesində iştirak konturları son günlərdə daha aydın üzə çıxdı. Bu gün Münhendə açılan 50-ci Beynəlxalq Təhlükəsizlik Konfransında da Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri görüşündə Suriya mövzusu prioritet olacaq. İki ölkənin xarici siyasət idarəsinin başçıları çərşənbə günü telefon danışığında “Cenevrə-2” kontekstində Suriyadakı vəziyyəti müzakirə ediblər. Dövlət Departamentinin nümayəndəsi Cennifer Psaki Vaşinqtonda keçirdiyi brifinqdə bildirib ki, dövlət katibi Xomsa humanitar yardımın çatdırılmasında Ryusiyadan kömək istəyib. O, 12 yük maşının 100 ton ərzaq ilə Xomsa giriş üçün icazəni gözlədiyini deyib. C.Kerri həmçinin kimyəvi silahın ölkədən çıxarılması prosesinin sürətləndirilməsi üçün Suriya hakimiyyətinə təzyiqin göstərilməsə ehtiyac olduğunu söyləyib.

Birləşmiş Millətlər Təşklatının (BMT) baş katibi Pan Ki Mun 28 Yanvarda etdiyi məruzəsində kimyəvi silahın məhv edilməsi prosesinin qrafikdə nəzərdə tutulmuş vaxtdan gec yerinə yetirildiyini bəyan etdi. Bütün kimyəvi maddələrin ixracı üçün son müddət 5 Fevral 2014-cü il olduğunu xatırladan BMT baş katibinin sözlərinə görə, hazırda Norveç və Danimarka 630 ton təşkil edən Suriyanın kimyəvi silahının təxminən 5 faizini gəmilərlə çıxardığını qeyd edib.

Suriya böhranı dünən ABŞ dövlət katibinin müavini Uendi Şerman və Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun görüşündə də müzakirə edilib. Rusiya tərəfi vurğulayıb ki, Suriya hökuməti və müxalifətinin “Cenevrə-2”dəki nümayəndələri ölkənin gələcəyi barədə razılaşmalıdır. “Bu razılaşmanın mərkəzində terrorizmlə mübarizədə səylərin birləşdirilməsi, bütün etnik və dini qrupların təhlükəsizliyi, ölkənin ərazi bütövlüyünün təsdiqi olmalıdır”, - Rusiya xarici işlər nazirinin müavini dilə gətirib.

“Nezavisimaya gazeta” ilə söhbətində anonimliyini saxlayan suriyalı bir politoloq əsk halda Suriyada pat vəziyyətin yarana biləcəyini deyir. Politoloq həmçinin Suriyanın bir neçə yerə bölünməsi ehtimalının da müşahidə olunduğunu bildirib. “Dəməşqdəki mərkəzi hakimiyyət çoxmillətli ölkənin bir çox regionuna nəzarət edə bilmir. Mümkün qədər tez tərəflər koalisiya hökumətinin yaradılması haqqında razılaşmalıdır”, - suriyalı politoloq əks halda ölkənin parçalanması ehtimalının yüksək olduğunu deyib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR