Ərdoğan Gülən icması ilə davasını təxirə salır
Bizi izləyin

Dünya

Ərdoğan Gülən icması ilə davasını təxirə salır

“Hazırlıq kursları” Qanununda hazırlıq kurslarının bağlanılaraq özəl məktəblərə çevrilməsi nəzərdə tutulurdu.

Hazırlıq kursları böhranı donduruldu

Türkiyə hökuməti yaşanan siyasi və iqtisadi hadisələrlə əlaqədar olaraq prioritetlərində dəyişiklik edib.Publika.Az –ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə parlamenti Gülən camaatı ilə qarşıdurmanın ən əhəmiyyətli məsələlərindən olan “Hazırlıq kursları” Qanununu seçkidən sonraya saxlayıb.

Bunun əvəzində isə Ədalət və İnkişaf Partiyasının (AKP) iqtisadi sabitliyi qorumaq məqsədilə hazırlayacağı iqtisadiyyat paketini seçkidən əvvəl parlamentə təqdim edəcəyi bildirilir. “Hazırlıq kursları” Qanununda hazırlıq kurslarının bağlanılaraq özəl məktəblərə çevrilməsi nəzərdə tutulurdu.

Hökumətin bu qərarının AKP qrup rəhbərliyinin baş nazir Rəcəb Təyyib Ərdoğanla dünənki görüşündən sonra verdiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm