Dərman firmalarından qəribə addım
Bizi izləyin

Dünya

Dərman firmalarından qəribə addım

Bir neçə aydır Qərbi Afrikada yayılmış ebola virusuna yoluxanların və ölənlərin sayı durmadan artır. Müalicəsi və peyvəndi olmayan bu xəstəliyə qarşı yeni dərmanlar hazırlanmır. Buna səbəb dərman firmalarının bu virusa qarşı dərman hazırlamaq maraqlarının olmamasıdır.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, firmaların bu məsələdə istəksiz olmalarına səbəb bu ölkələr üçün dərman hazırlamağın sərfəli olmamasıdır. Belə ki, fırmaların açıqlamalarına görə, dərman satışından əldə olunacaq vəsait onun hazırlanmasına çəkilən xərcləri ödəməyəcək.

Bəzi kiçik firmalar dərman hazırlamaq üçün araşdırmalara başlasalar da, bu hələ ki heyvanlar üzərində təcrübə mərhələsindədir.

Ümumdünya Səhiyyə Təşkilatı isə virusla bağlı həyəcan təbili çalır. Xəstəliyə qarşı dərmanların hazırlanması məsələsi növbəti həftə müzakirə ediləcək.

Xatırladaq ki, Qərbi Afrikanın dörd ölkəsində yayılan virusdan ölənlərin sayı minə çatıb, yoluxanların sayı isə 1700-dən çoxdur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm