Dünya
Türkiyə Minsk Qrupuna həmsədr gəlir - İddia
Türkiyə ATƏT-in Minsk Qrupunun həmsədrləri sırasına qoşula bilər.
Publika.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə erməni siyasi dustaq Şant Artünyan cəbhədəki gərginliklə bağlı bəyanatında iddia edib.
Onun fikrincə, Rusiyanın Türkiyə ilə bağladığı 1921-ci il müqaviləsinə görə, Dağlı Qarabağ münaqişəsi Azərbaycanın xeyrinə həll edilməlidir. Ş.Artünyan hesab edir ki, məhz buna görə də Moskvanın Minsk Qrupunda yer alması ədalətsizlikdir.
“Rusiyanı həmsədrlikdən kənarlaşdırmaq və onu hər hansı bir Avropa ölkəsi ilə əvəz etmək lazımdır. Çünki rus-türk müqaviləsi indiyə qədər qüvvədə qalır. 1991-ci ildə Boris Yeltsin və Süleyman Dəmirəl müqavilənin 70, 2011-ci ildə isə Putinlə Ərdoğan 90 illiyini qeyd etdi. Mən digər iki həmsədr ölkə olan Fransa və ABŞ-ın məsələyə nə qədər ədalətli yanaşdığını deyə bilmərəm, amma faktiki olaraq Rusiyanın Türkiyəni həmsədr kimi Minsk Qrupuna gətirmək niyyəti özünü göstərir”, - deyə o, bildirib.
Ş. Artünyan hesab edir ki, Ermənistan, ya Minsk Qrupu, ya da
rus-türk müqaviləsindən imtina etməyi Rusiyadan tələb etməlidir.
Onun sözlərinə görə, bu tələb Sərkisyan tərəfindən Soçidə Putinlə
keçiriləcək görüşdə irəli sürülməlidir: “Lakin bunun baş
verəcəyinə, yəni Sərkisyanın belə bir cəsarət göstərəcəyinə
inanmıram”.
Asif
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO