Erməni mətbuatı: “Putin Serj Sərkisyandan bu məsələdə loyallıq tələb edəcək”
Bizi izləyin

Dünya

Erməni mətbuatı: “Putin Serj Sərkisyandan bu məsələdə loyallıq tələb edəcək”

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan artıq Soçidədir. Hər iki dövlət başçısı Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Üçtərəfli görüşün baş tutacağı isə dəqiq deyil. Bu isə Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə ayrı-ayrılıqda keçirəcəyi görüşlərdən asılı olacaq.

Publika.az-ın verdiyi xəbərə görə, ermənilərin 1in.am saytı regionda vəziyyəti gərginləşdirmək üçün Rusiyanın kifayət qədər resurslara malik olduğunu və buna görə də tərəflər qarşısında konkret tələblər qoyulacağını yazıb.

Bildirilir ki, Putin Azərbaycandan istədiklərinə mənfi cavab alarsa, cəbhə xəttində vəziyyəti gərginləşdirmək barədə xəbərdarlıq ediləcək: “Problem ondadır ki, Rusiya Ermənistandan təcavüzkar və hücum hərəkətlərini tələb edərsə, erməni siyasi hakimiyyəti bundan imtina etməyə özündə güc və iradə tapmayacaq. Ehtimal ki, Putin Qarabağla bağlı Ermənistanın hakimiyyətindən daha çox şey tələb edəcək. Artıq bir neçə aydır ki, Rusiya ekspertləri Qarabağda rus sülhməramlılarının yerləşdirilməsi barədə fəal danışırlar. Tamamilə ehtimal ediləndir ki, Putin Serj Sarkisyandan bu məsələdə loyallıq tələb edəcək”.

Yazı müəllifi qeyd edir ki, sülhməramlılar məsələsində Azərbaycan prezidenti İlham Əliyevin razılığını almaq vaxt aparacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm