Erməni ailə Fransadan qovuldu
Bizi izləyin

Dünya

Erməni ailə Fransadan qovuldu

Fransa hüquq mühafizə orqanları Ermənistandan bu ölkəyə sığınmış ailəni xüsusi sərtliklə çıxarıblar.

ANS PRESS-in məlumatına görə, Nansi şəhərinə sığınmış ailənin üzvləri avqustun 5-də həbs ediliblər və avqustun 6-da Ermənistandan çıxarılıblar. “Francetv info” saytı hadisənin videosunu dərc edib.

Əvvəlcə ailənin başçısı polis şöbəsinə aparılıb və onun barəsində inzibati həbs qərarı verilib. Daha sonra polis əməkdaşları ailənin digər üzvlərini - onun arvadını və iki uşağını da həbs ediblər. Uşaqların 7 və 8 yaşı var.

Ailənin vəkilinin apelyasiya məhkəməsinə müraciət etməsinə baxmayaraq, ertəsi gün avqustun 6-da onları Paris hava limanına gətirərək Ermənistana yola salıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm