• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Qəzzada qətlə yetirilənlər ...

  • Dünya
  • 9 Avqust 2014 17:02
  • 302 Baxış
Qəzzada qətlə yetirilənlər ...

İyulun əvvəllərində İsrailin "Qoruyucu Cinah" əməliyyatı (Operation Protective Edge) başlanandan bəri əksəriyyəti mülkilər olan azı 1900 fələstinli həlak olub.

Həlak olan 66 israillidən 64-ü əsgərdir və onlar islamçı Həmas qrupu silahlılarının raketlərini və tunellərini məhv etmək üçün keçirilən əməliyyatda öldürülüblər.

BMT-nin Humanitar İşlərin Koordinasiyası (Coordination of Humanitarian Affairs) ofisindən alınan məlumata görə, bu münaqişədə avqustun 6-dək olan müddətdə 1890 fələstinli həyatını itirib.

Həlak olmuş kişilər, qadınlar və uşaqlar


Ölənlərin arasında 414 uşaq və yaşı 60-dan yuxarı 87 kişi və qadın var. Ən kiçik qurban 10 günlük çağa, ən ahıl qurban isə 100 yaşında olub.

BMT həlak olan silahlıların sayını 200-dən az göstərsə də, İsrail iddia edir ki, 900 Fələstin silahlısı döyüş zamanı öldürülüb.

Fələstinlilər uzunluğu 40, eni 10 kilometr olan Qəzza zolağı boyunca həlak olublar. Ən böyük itkilər Qəzzanın cənubundakı Xan Yunisdə və şimaldakı Qəzza şəhərində qeydə alınıb.

Çoxsayda insan, məktəblər də daxl olmaqla BMT-nin sığınacaqlarına pənah gətirib. Lakin Şimali Qəzzanın Cəbaliyyə və Rəfah məntəqələrindəkilər də daxil olmaqla bu BMT məktəbləri də atəşə tutulub.

Bu arada Hayfada və Şimali Qəzzaya keçid məntəqəsi olan Erezdə iki israilli ölüb. Əslən taylandlı olan bir ferma işçisi Aşkelonda həlak olub.

Adamlar harada öldürülüblər


BBC

Xəbər lenti

DAHA ÇOX XƏBƏR