Rusiya 5 ukraynalı hərbçini azad etdi
Bizi izləyin

Dünya

Rusiya 5 ukraynalı hərbçini azad etdi

Rusiya vətəndaşlara qarşı cinayət törətdikləri səbəbi ilə saxladığı 5 ukraynalı hərbçini azad edib.

Axar.az xəbər verir ki, İstintaq Komitəsinin sədri Vladimir Markin ukraynalı hərbçilərin günahsız olduğunu bildirib. Onun sözlərinə görə, hərbçilərin ölkələrinə getməsi üçün şərait yaradılacaq.

Xatırladaq ki, aralarında tabor komandirinin də olduğu hərbçilər avqustun 7-də Rusiya ordusu tərəfindən saxlanılmışdı. Vətəndaşlara qarşı cinayət işlədərək Rusiyanın Rostov vilayətinin Qukova sərhəd keçid məntəqəsinə atəş açmaqla günahlandırılan hərbçilərin oktyabrın 7-dək həbs olunacağı bildirilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm