Dünya
Türklərə atəş açıldı
Hatayda Suriya sərhədi yaxınından keçən Asi çayında 8
qayıq ələ keçirən əsgərlərə avtomat silahlarla atəş
açılıb.
ANS PRESS-in məlumatına görə, türk əsgərləri Suriya tərəfindən
gələn hücuma cavab atəşi açıb. Hadisədə ölən və ya yaralanan
olmayıb. Suriyanın döyüş təyyarəsinin Türkiyə sərhədinə
yaxınlaşması da Türkiyənin 2 ədəd F-16 döyüş təyyarəsinin havaya
qalxması ilə nəticələnib.
Türkiyə silahlı qüvvələrinin Baş qərargahından verilən açıqlamaya
görə, Antakya rayonunun Narlıca diyarında Suriya sərhədi boyunca
patrul həyata keçirən əsgərlər, Asi çayı ətrafında qaçaqmalçılıq və
qeyri-qanuni keçid fəaliyyətlərində istifadə edilən 8 ədəd qayıq
ələ keçirib.
Digər tərəfdən Suriya ordusuna aid SU-24 döyüş təyyarəsinin
Cilvegözünün cənubundan sərhədə yaxınlaşmasından sonra Türk Hava
Qüvvələrinə aid 2 ədəd F-16 döyüş təyyarəsi bölgəyə
istiqamətləndirilib.
Suriyanın döyüş təyyarəsi sərhədə 2.6 dəniz mili qalmış geri
çevrilərək bölgədən uzaqlaşıb.
Bundan sonra isə Türkiyənin 6 ədəd F-16 təyyarəsi Türkiyə-Suriya
sərhədi boyunca patrul uçuşları həyata keçirib.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK