Fidel Kastro Fələstinin müdafiəsinə qoşuldu
Bizi izləyin

Dünya

Fidel Kastro Fələstinin müdafiəsinə qoşuldu

Kuba inqilabının lideri, canlı əfsanə Fidel Kastro Fələstinin Müdafiəsi Manifestinə imza atıb.

Axar.az ria.ru-ya istinadla xəbər verir ki, əllidən çox ölkənin siyasət adamı, ictimai xadim və alimlərinin qoşulduğu bu manifesti Boliviya lideri Evo Morales də imzalayıb.

Manifest İsraildən münaqişəni BMT Təhlükəsizlik Şurasının qərarına əsasən həll etməyi, öz qoşunlarını Qəzzadan, İordaniyanın qərb sahillərindən və Şimali Yerusəlimdən çıxarmağı tələb edir. Sənəd həmçinin ABŞ-ın fəaliyyətini pisləyir, Vaşinqtonu İsrailin aqressiv təzyiqlərini dəstəkləməkdə günahlandırır.

Qeyd edək ki, Manifesti Kuba vətəndaşları olaraq imzalayanlar sırasında Nobel mükafatçısı Adolf Peres Eskivel, yazıçı Eduard Qaleano, kubalı sənətçi Silvi Redriqes, tanınmış balerina və Kuba milli baletinin banisi Alisiya Alonso, yazıçı-şair Roberto Fernandes Retamar da var. Fidel Kastro İsrailin Qəzza sektorundakı əməllərini “dəhşətli genosid” adlandırıb.

Xatırladaq ki, Qəzza bölgəsində hərbi əməliyyatlar 1 aydan artıqdır ki, davam edir. Bu müddətdə 2 minə yaxın fələstinli, 67 nəfər isə İsrail vətəndaşı həyatını itirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm