Boeing 777" təyyarəsində ölənlərin daha 42-nin şəxsiyyəti müəyyənləşdi
Bizi izləyin

Dünya

Boeing 777" təyyarəsində ölənlərin daha 42-nin şəxsiyyəti müəyyənləşdi

Ukraynada vurulan Malaziyaya məxsus "Boeing 777" təyyarəsində ölənlərin daha 42-nin şəxsiyyəti məlum olub.

ANS PRESS-in məlumatına görə, bu barədə Hollandiya Təhlükəsizlik və Ədliyyə Nazirliyi məlumat yayıb.

İndiyədək artıq ölənlərin 65-nin şəxsiyyəti müəyyənləşdirilib. Hazırda işlər davam edir və digər ölən sərnişinlərin şəxsiyyətinin dəqiqləşdirilməsi yolunda ekspertizalar aparılır.

Qeyd edək ki, iyulun 17-də "Malaysia Airlines” şirkətinin Amsterdam- Kuala-Lumpur marşrutu ilə uçan "Boeing 777" təyyarəsi Ukraynanın Donetsk vilayətində rusiyameyilli separatçılar tərəfindən vurulub.

Hadisə zamanı 298 nəfər həlak olub.

Bunlardan 15 nəfəri ekipaj üzvüdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm