Türkiyə prezidentini seçir
Bizi izləyin

Dünya

Türkiyə prezidentini seçir

Bu gün Bakı vaxtı ilə saat 10:00-da Türkiyədə ölkə tarixində ilk dəfə birbaşa prezident seçkiləri başlayacaq.

2014 Türkiyə Prezident Seçkisi (türk. 2014 Türkiye cumhurbaşkanlığı seçimi) — hazırkı prezident Abdullah Gülün səlahiyyət müddətinin 28 avqust 2014-cü il tarixində sona çatması ilə əlaqədar yerinə gələcək 12-ci prezidenti müəyyən etmək üçün keçirilməli olan seçkidir.

ANS PRESS-in məlumatına görə, seçki tarixi, Türkiyə Ali Seçki Komissiyası (YSK) tərəfindən ilk turu 10 avqust 2014-cü il bazar günü, seçkinin ikinci tura qalması vəziyyətində isə ikinci səsvermə 24 avqust 2014-cü il bazar gününə təyin olunub. Xaricində yaşayan türklər üçün olduqları ölkədə səs istifadə etmə tarixləri ilk tur üçün 31 iyul - 3 avqust 2014-cü il, ikinci dövr seçimi isə 17-20 avqust 2014-cü il olaraq açıqlanıb.

Namizədlərdən heç biri səslərin 51 faizini toplaya bilməsə, avqustun 24-də ikinci tur keçiriləcək. Prezident seçkisinin ikinci turu keçiriləcəyi halda, Azərbaycanda səsvermə avqustun 17-də baş tutacaq.

Türkiyə baş naziri ölkədə keçiriləcək ilk birbaşa prezident seçkisinində favorit hesab edilir. Rəcəb Tayyip Ərdoğan deyib ki, əgər bazar günü keçiriləcək seçkilərdə qalib gəlsə, konstitusiyada dəyişikliklər həyata keçirərək icraedici prezidentliyin əsasını qoyacaq. İndiyədək Türkiyədə prezident simvolik dövlət başçısı hesab edilib.

Bununla yanaşı, Ərdoğan deyib ki, o, Türkiyənin mövcud qanunlarına əsasən, prezidentə tam prezidentlik səlahiyyətləri verə bilər. O, buraya parlamentin çağırılması, kabinetin iclaslarının çağırılması, baş nazir, nazirlər şurası və bəzi ali məhkəmə hakimlərinin təyinatı kimi səlahiyyətlər daxil ola bilər.

Ərdoğanın əsas rəqibi Ekmələddin İhsanoğlu isə prezidentin ənənəvi rolunu icra edəcəyinə söz verib.

Üçüncü namizəd Kürd Xalq Demokratik Partiyası tərəfdarı Səlahəddin Dəmirdaşdır.

Ərdoğanın kampaniya şüarı "Xalqın iradəsi, Xalqın gücü"dür. O deyir ki, bazar günü keçiriləcək seçkilərin nəticələrindən asılı olmayaraq, artıq Türkiyə əvvəlki kimi olmayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm