Putindən siyasi ismarış
Bizi izləyin

Dünya

Putindən siyasi ismarış

Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyan 9 avqustda Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Soçidə keçirilən döyüş sambosu üzrə beynəlxalq “Platforma S-70” turnirini ziyarət ediblər.

ANS PRESS-in məlumatına görə, son günlər Azərbaycan-Ermənistan təmas xəttində vəziyyətin gərginləşdiyi bir vaxtda, Vladimir Putinin dəvəti siyasi xarakter daşıyır. RF prezidenti idman turniri zamanı çıxışında da siyasi ismarış verib.

“Biz əlbəttə Rusiyada olanda hər zaman özümüzə azarkeşlik edirik. Lakin xalçada, tatamidə, rinqdə heç vaxt özgə olmur - idmanın bizə öyrətdiyi də budur. Əlbəttə xalçada, tatamidə, rinqdə rəqiblər görüşür, lakin orda düşmənlər yoxdur. Kaş həmişə belə olardı, kaş həyatda da belə olardı” - deyərək RF prezidenti turnirdə bağlanma çıxışını edib.

Qeyd edək ki, “Platforma S-70” turnirində ABŞ, Rusiya, Litva, Braziliya, Qazaxstnan və Fransadan olan samboçular iştrak ediblər. Ümumi hesablamalara görə Rusiya birinci olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm