Ərdoğan şokda: 70 millət vəkili istefa verir və… - VİDEO
Bizi izləyin

Dünya

Ərdoğan şokda: 70 millət vəkili istefa verir və… - VİDEO

Gülən camaatına yaxınlığı ilə tanınan və 17 Dekabr əməliyyatından sonra etdiyi “ayaqqabı qutusu” zarafatlarına görə AKP-dən ixrac olunacağı gözlənilən millət vəkilinin intizam komitəsinin qərarını gözləməyəcəyi bildirilir.

Türkiyə Ədalət və İnkişaf Partiyasından (AKP) daha bir millət vəkili istefa verir.

Publika.Az –ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, partiyadan çıxarılmaq üçün AKP-nin intizam komitəsinə göndərilən İstanbul millət vəkili Məhəmməd Çetin bu gün istefa verəcək.

Gülən camaatına yaxınlığı ilə tanınan və 17 Dekabr əməliyyatından sonra etdiyi “ayaqqabı qutusu” zarafatlarına görə AKP-dən ixrac olunacağı gözlənilən millət vəkilinin intizam komitəsinin qərarını gözləməyəcəyi bildirilir.

17 Dekabr əməliyyatlarından əvvəl isə millət vəkilləri Hakan Şükür və İdris Bal partiyadan istefa vermişdi. 17 Dekabr əməliyyatından sonra isə keçmiş mədəniyyət və turizm naziri Ərtoğrul Günay, Ankara millət vəkili Haluk Özdalga və İzmir millət vəkili Ərdal Kalkan onlara qoşulmuşdu.

Türkiyə mətbuatının yazdığıan görə, dini lider Fəthullah Gülənlə bağlı daha 5 səs qeydi internetdə yayılıb. Yeni səs qeydlərindəki gündəmə bomba kimi düşən iddia isə AKP-dən olan millət vəkilləri ilə bağlıdır. Səs qeydlərində 70-ə qədər millət vəkilinin partiyadan istefa verəcəyi iddia olunur və yeni bir partiyanın qurulacağı bildirilir. Qurulacağı deyilən yeni partiyanın 30 faizə qədər səs alacağı, yalnız camaatın alacağı səsin isə 7 faiz ətrafında olduğu ifadə edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm