Son 64 ilin ən böyük meşə yanğını
Bizi izləyin

Dünya

Son 64 ilin ən böyük meşə yanğını

Son 64 ilin ən böyük meşə yanğını hadisəsi baş verib.

ANS PRESS-in məlumatına görə, Kanadada baş verən yanğın yüzlərlə kvadrat kilometrlik ərazini əhatə edib. Ölkənin Britiş Kolombiya əyalətində bir neçə gün əvvəl başlayan və nəzarətə götürülə bilməyən meşə yanğınları gedərək böyüyür.

Avstraliyadan 80 xilasedici yanğın söndürmə işlərinə dəstək vermək üçün Kanadaya gəlib. Gələn həftəyə kimi daha bir neçə xilasedicinin bölgəyə cəlb olunacağı açıqlanıb.

Rəsmi açıqlamaya görə, bu yanğın, 1950-ci ildən bu yana baş verən ən böyük meşə yanğını hadisəsidir. Yanğın artıq 200 min hektarlıq ərazini əhatə edib.

Qeyd edək ki, hadisə ildırım düşməsi səbəbiylə baş verib. Bütün Kanadanın və dünyanın diqqətində olan yanğına aramsız olaraq müdaxilə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm