Qasırğa Yaponiyanı əsarətinə götürdü
Bizi izləyin

Dünya

Qasırğa Yaponiyanı əsarətinə götürdü

"Xalon" qasırğası Yaponiyanı əsarətinə götürüb.

ANS PRESS-in məlumatına görə, qasırğa ilk olaraq yapon adası Sikokuda özünü göstərib.

Hal-hazırda təbii fəlakət nəticəsində bir nəfərin həlak olduğu və 26 nəfərin yaralandığı bildirilib.

Meteorologiya agentliyinin məlumatına görə, qasırğa şimal istiqamətində hərəkət edir. Küləyin saatda 20 kilometr sürətlə hərəkət etdiyi bildirilib. Rəsmi orqanlar bölgədəki insanlara xəbərdarlıq edib. Belə ki, güclü yağış sürüşmələrə və daşqınlara gətirib çıxara bilər.

Təbii fəlakətin təsir etdiyi bölgələrdə 240 min ev təxliyyə edilib. Daha 380 min evin isə təxliyyə edilməsi ilə bağlı rəsmi təlimat verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm