Hindistanda 23 il məktəbə getmədən maaş alan müəllimə rekord qırıb
Bizi izləyin

Dünya

Hindistanda 23 il məktəbə getmədən maaş alan müəllimə rekord qırıb

Hindistanda 23 il məktəbə getmədən maaş alan müəllimə rekord qırıb.

Axar.az xəbər verir ki, məsələnin üstü Ahilya məktəb müdiri Suşma Vaisyanın 23 il fəaliyyət göstərmədən maaş alan Sançita Kasyapdan şikayət etməsindən sonra açılıb.

1990-cı ildə biologiya müəlliməsi olan Kasyap Devas şəhərinə təyinat alır. Bir il burada çalışdıqdan sonra 3 il müddətinə icazə alır. 1994-cü ildə Kasyap İndore şəhərinə təyinat alır, lakin analıq məzuniyyəti götürür və bir daha işləmir. Heç fəaliyyət göstərməyən müəllimənin adı isə rəsmi sənədlərdə qalır.

Məktəbə 3 biologiya müəllimi kontingenti tanındığını bildirən Vaisya Kasyap adlı birinin sənədlərdə adının olduğunu, ancaq özünün ortalıqda olmadığı barədə səlahiyyətliləri xəbərdar edir. Vaisya Kasyapın vəzifədən alınmasını, yerinə başqa birinin təyin edilməsi üçün müraciət etsə də, hər hansı bir cavab ala bilməyib.

Qeyd edək ki, Hindistanda müəllimlərin 25 faizi məktəbə getməkdən yayınır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm