ABŞ-ın hücumu davam edir: Sincar bombalandı
Bizi izləyin

Dünya

ABŞ-ın hücumu davam edir: Sincar bombalandı

ABŞ-a aid lazer şüaları ilə idarə olunan iki F/A18 hərbi təyyarələri İraqın Sincar vilayətində əməliyyat keçirib.

Axar.az xəbər verir ki, əməliyyat nəticəsində İŞİD-in əlindəki ağır zirehli siahlar, hərbi maşınlar yararsız hala salınıb. Bombalanan bölgədə Yezidlərin olmadığı bildirilib.

Təhlükəsizlik qaynaqlarından verilən məlumata görə, ABŞ təyyarələri Sincar dağının Şərafəddin bölgəsində İŞİD üzvlərinin təyin olunduğu yerləri bombalayıb.

Qeyd edək ki, ABŞ-ın bombaladığı bölgədə ötən gün İŞİD və peşmərgə qüvvələri arasında qarşıdurma yaşanmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm