Dünya
Türkiyədə 2 namizəd səs verdi
Türkiyədə keçirilən seçkilərdə prezidentliyə namizəd
Ekmələddin İhsanoğlu Sarıyerdə Yeniköy ibtidai təhsil məktəbində
səs verib.
ANS PRESS-in məlumatına görə, səs verdikdən sonra İhsanoğlu
mətbuata açıqlama verib: ''Səs vermək çox müqəddəs bir vəzifədir.
Bu gün insanlar sandıq başına gedir. İnşallah, bu axşam Türkiyə
prezidentini öyrənəcək. Biz bu gün siyasətlə əlaqədar bir şey
danışmayacağıq".
İhsanoğlu: "Sandıq başında vəzifəsindən sui-istifadə edənlər
qınanılacaq. Bizim xalqımız milli iradəyə mənsubdur. Dünyanın gözü
bizdədir. Türkiyədə ilk dəfə prezident xalqın səsiylə seçilir.
Bizim xahişimiz bu seçkini sakitcə sona çatdırmaqdır'' sözlərini
deyib.
CHP-nin başqanı Kamal Kılıçdaroğlu isə Çankaya Çukurambardakı
Argentina İbtidai məktəbində səs verib.
Prezident Abdullah Gül səsini Ankaradakı Çankaya İbtidai məktəbində
verəcək. Prezidentliyə namizəd və Baş nazir Rəcəb Tayyib Ərdoğan
isə səsini İstanbulda Üsküdar Saffet ibtidai təhsil məktəbində
verəcəyi gözlənilir.
MHP başqanı Dövlət Bahçalı isə Anıttepe orta məktəbində səs
verib.
Namizədlərdən 2-ci səs verən Dəmirtaş olub. HDP-dən prezidentliyə
namizəd Səlahəddin Dəmirtaş Diyarbəkirdə sandıq başına gəlib.
Səlahəddin Dəmirtaş, həyat yoldaşı və qızları ilə Diyarbəkirdəki
Şəhid Jandarma baş leytenant Tofiq Pəhlivan orta məktəbində səs
verdikdən sonra mətbuata müsahibə verib: "Bu gün ilk dəfə prezident
xalq tərəfindən seçilir. Biz də səsimizi verdik. Nəticə nə olursa
olsun, sülh, qardaşlıq istəyirik".
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib? - VİDEO
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia