Türk bayrağını endirən şəxs yaxalandı
Bizi izləyin

Dünya

Türk bayrağını endirən şəxs yaxalandı

Diyarbəkırdə türk bayrağını endirən şəxs yaxalanıb. Publika.az-ın “TRT Haber”ə istinadən verdiyi məlumata görə, Hava Qüvvələri Komandanlığının yerli qərargahı qarşısında bayrağı endirən Ömər Min yerli təhlükəsizlik idarəsinin xüsusi əməliyyatı nəticəsində ələ keçirilib.

Ömər Minin Lice mahalında tutulduğu bəlli olub. Alınan məlumata görə, türk bayrağını endirməsi səbəbiylə axtarılan Ömər Minin Lice mahalına bağlı Əsənlər kəndində yaşadığı təsbit edilib. Hazırda güc strukturları tərəfindən saxlanılan şəxsin ifadəsi alınır.

Nail Cəlil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm