Google"un jesti etiraza səbəb oldu (FOTO)
Bizi izləyin

Dünya

Google"un jesti etiraza səbəb oldu (FOTO)

Google" şirkəti Türkiyədə prezident seçkiləri üçün bir jest edib.

ANS PRESS-in məlumatına görə, internet axtarış nəhəngi seçkilərlə bağlı bir dudl hazırlayıb. Bu isə hamı tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, Cümhuriyət Xalq Partiyası (CHP) tərəfindən bu dudla etiraz edilib. Bursada CHP Nilüfer vilayət başçısı Özgür Şahin prezident seçkisi üçün hazırlanan qrafikdə sandığa atılan səsvermə kağızında ilk sırada olan namizədə səs verildiyini iddia edib. CHP-li rəsmi dizaynın saytdan qaldırılması üçün rayon seçki heyətinə müraciət edib.

Yazılı açıqlama verən Özgür Şahin prezident seçkilərində təbliğat qadağasının dünəndən başladığını xatırladıb: "Ancaq http://www.google.com.tr ünvanındakı, "Google" adlı saytda olan vizual sandığa atılan səsvermə kağızında ilk sırada olan namizədə səs verildiyi təsbit edilib".

Bəziləri isə vizual sandıqda üçüncü namizədin adına səs verildiyini iddia edir.

Mübahisəyə səbəb olan fotonu sizə təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm