Kürd lider dünya birliyinə çağırış etdi
Bizi izləyin

Dünya

Kürd lider dünya birliyinə çağırış etdi

İraq Kürdüstanının lideri Məsud Bərzani İŞİD-lə mübarizə aparmaq üçün dünya birliyindən onlara silah verilməsini xahiş edib.

Axar.az xəbər verir ki, bu barədə “Röyter” agentliyi xəbər yayıb.

“Biz terrorçu qruplaşma ilə deyil, terrorçu dövlətlə mübarizə aparırıq”, - deyə Bərzani Fransa Xarici İşlər naziri Loran Fabiusla görüşü zamanı bildirib.

Qeyd edək ki, İŞİD-in İraqda öldürdüyü yezidi kürdlərin sayı 500-ə çatıb. Terrorçular eyni zamanda 300 kürd qadınını da girov götürüblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm