Putin Qafqazda daha bir münaqişə yaradır
Bizi izləyin

Dünya

Putin Qafqazda daha bir münaqişə yaradır

Belə getsə, Kreml Qafqazda qan yaxınlığı olan iki qardaş xalqı üz-üzə qoyacaq.

Axar.az xəbər verir ki, bu problemin konturları Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov və İnquşetiya Respublikasının Prezidenti Yunusbəy Yevkurovun münasibətlərindən aydın görünməkdədir. Düşmənçilik münasibətləri avqustun 1-də iki qonşu respublikanın sərhəd xidməti əməkdaşları arasında yaranmış insidentlə pik həddə çatıb. Həmin gün Kadırova yaxınlığı ilə seçilən və respublika prokuroru olan Şarpudi Əbdül-Kadırovun avtomobil korteji İnquşetiya sərhədində saxlanılıb və ondan sənədlərinin təqdim olunması istənilib. Bundan imtina edən Əbdül-Kadırovun ətrafı qarşı tərəfə nalayıq ifadələr işlətməyə başlayıb, daha sonra isə hadisə əlbəyaxa davaya çevrilib. Hətta silahlar işə düşüb. Kadırovla münasibətləri onsuz da gərgin olan Yevkurov 3 gün sonra güc strukturu əməkdaşlarını toplayaraq baş verən hadisənin dəqiqliyi ilə araşdırılmasını istəyib.

Çeçenistan ombudsmanı Nurdi Nuxajiyev artıq bəyanat verərək, qarşıdurmanın bilərəkdən həyata keçirildiyini vurğulayıb.

Xatırladaq ki, bu yaxınlarda Kadırov Dağıstanın Xasavyurt şəhərinin merini aşkar şəkildə cinayətkar adlandırmışdı. Politoloqlar hesab edir ki, Ramzan Kadırovun bu hərəkətləri təsadüfü deyil, o, Putindən göstəriş alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm