Ərdoğan təşəkkür etdi
Bizi izləyin

Dünya

Ərdoğan təşəkkür etdi

Türkiyədə keçirilən prezident seçkisinin qalibi olmuş Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada, AKP mərkəzində “Eyvan çıxışı” edib.

Publika.az-ın məlumatına görə, seçicilərinə təşəkkür edətək çıxışına başlayan Ərdoğan sadəcə özünə səs verənlərin yox, səs verməyənlərin də prezidenti olacağını bildirib.

Xaricdə yaşayan türklərə də seçkidə iştirak etdikləri üçün təşəkkürünü bildirən Ərdoğan qeyd edib ki, bu gün sadəcə Türkiyə yox, bütün Türk və İslam dünyası qələbə qazanıb.

Bunun şəxsi mübarizə olmadığını deyən Ərdoğan milli təhlükəsizliyi təhdid edən bütün təhlükələrin qarşısında olacaqlarını deyib.

Ərdoğan ölkədə yaşayan etniklərin də dövlətin təminatı altında olacağını qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm