Dünya
Oksigen balonu ilə səsverməyə getdi
Türkiyə ötən gün ilk dəfə olaraq səsvermə yolu ilə yeni
prezidentini seçdi.
ANS PRESS-in məlumatına görə, 51.95 faiz səslə Rəcəb Tayyib
Ərdoğanın prezidentlik postunu qazandığı seçki səsvermələrində
maraqlı anlar da yaşanıb. Belə ki, İstanbulun Kadıköy-Ərənköy
bölgəsində yaşayan 81 yaşlı astma xəstəsi İsmail Haqqı Topçu
oksigen balonu ilə səsverməyə gedib.
Atasının nəfəs çatışmazlığı çəkdiyini və oksigen balonu ilə
yaşadığını bildirən oğul Mustafa Topçu, “Atam oksigen balonuna
bağlı şəkildə yaşayır. Vətəndaşlıq vəzifəsini yerinə yetirəcəyi və
mütləq səs verəcəyini dediyi üçün oksigen balonu ilə səsverməyə
gətirdik” deyib. İsmail bəyin kimə səs veridiyi bilinməsə də,
seçkidən və yaradılan şəraitdən razı qaldığı bildirilib.
Qeyd edək ki, astma – nəm, rütubətli havanın insanlarda yaratdığı
ciddi sağlamlıq problemlərindən biridir. Genetik olan astma
xəstəliyi ilə yanaşı nəmişlik və rütubətdən yaranan astma tutmaları
da olur. Bu zaman xəstə nəfəs almaqda çətinlik çəkir, hətta boğulma
halları da baş verə bilər.
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq