• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Abdulla Gülü belə izləyirlərmiş - Qalmaqal - YENİLƏNDİ

  • Dünya
  • 31 Yanvar 2014 14:23
  • 1 052 Baxış
Abdulla Gülü belə izləyirlərmiş - Qalmaqal - YENİLƏNDİ

İrandan səfərdən qayıdan Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan dövlət çevrilişinə cəhd etməkdə ittiham edilərək həbs olunan hərbçilərin yenidən mühakimə edilməsi barədə sualları cavablandırıb.

Publika.Az –Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yenidən mühakimə olunmanın yolunun əslində açıq olduğunu bildirib.

Konstitusiya Məhkəməsinə fərdi müraciətin əslində yenidən mühakimə olunmanın bir növü olduğunu deyən baş nazir ömürlük həbs cəzasına məhkum olunan Türkiyənin keçmiş Baş Qərargah rəisi İlker Başbuğun da fərdi müraciət haqqından istifadə etdiyini söyləyib. O, digər məhbusların da eyni hüquqdan istifadə edəcəyini qeyd edib.

Telefon dinləmələri mövzusunda da bir boşluq olduğunu deyən baş nazir bundan sonra bu işi təsadüfi olaraq hər kəsin edə bilməyəcəyini söyləyib. “Telefon dinləmələri barədə qərarı ancaq Kriminal Məhkəmə verəcək. Kriminal Məhkəmədə də bu qərarın qəbul olunması üçün hakimlərin hamısının səs verməsi lazım olacaq.

“Beləliklə, bu işə bir nizam gətiriləcək. Prezidentin dinlənilməsindən mənim dinlənilməsinə qədər qarşımıza elə şeylər gəlir ki. Belə bir şey olarmı?”, - o, söyləyib. “Birbaşa olaraq size və prezidenti dinləyiblərmi” sualına R.T.Ərdoğan belə cavab verib: “Birbaşa dinlənilməsi şərt deyil. Məsələn, Dənizi dinləyirlər, mən də Dənizə zəng edirəm”

Ömər Dağlı

13.53

Korrupsiya qalmaqalının araşdırılması zamanı Türkiyə Prezidenti Abdullah Gülün telefon danışıqları dinlənilib. Publika.Az türk mediasına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.

Baş nazirin sözlərinə görə, digər rəsmi şəxslərin telefon danışıqları da dinlənilib.Qeyd edək ki, daha əvvəl verilən məlumata görə, Türkiyədə korrupsiya qalmaqalı haqqında iş üzrə istintaq zamanı Ərdoğanın telefon danışıqları dinlənilib.

Xatırladaq ki, dekabrın 17-də İstanbul və Ankarada keçirilən xüsusi əməliyyat nəticəsində aralarında bəzi nazirlərin övladları da olmaqla onlarla insan saxlanılıb.

Saxlanılanlar arasında Türkiyənin hakim partiyasının üzvü olan bəzi nazirlərin övladları - iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar, həmçinin tanınmış iş adamlarından olan İstanbulun Fatih bələdiyyəsinin başçısı Mustafa Dəmir, Türkiyənin "Xalq Bank"ının baş direktoru Süleyman Aslan və tanınmış iş adamı Əli Ağaoğlu da var.

Məlumata əsasən, həbslərə səbəb həmin şəxslərin korrupsiya, qaçaqmalçılıq və narkotik maddələrin satışında ittiham edilmələri olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR