Paralelçilərin seçkiyə reaksiyası
Bizi izləyin

Dünya

Paralelçilərin seçkiyə reaksiyası

Xidmət” hərəkatının lideri Fəthullah Gülənin rəhbərliyində fəaliyyət göstərən “Samanyolu” tele kanalı rəhbərliyi seçki nəticələrini görməməzliyə vurub.

ANS PRESS-in xəbərinə görə, Türkiyədə prezident seçkisi başa çatdıqdan sonra yerli televiziya kanalları saat 19:30-dan etibarən canlı efirdə ilkin nəticələri elan etməyə başlayıb. Nəticələrin Rəcəb Tayyib Ərdoğanın lehində olduğunu görən “Samanyolu” kanalı isə həmin saatlarda “Piton adası” filmini nümayiş etdirib.

Xatırladaq ki, Ərdoğan hökumətinin “Xidmət” hərəkatının əsas gəlir mənbəyi hazırlıq kurslarının bağlanması istiqamətində qərarından sonra tərəflər arasında soyuq müharibə başlamış, 17 dekabr rüşvət və korrupsiya əməliyyatlarından sonra bu qarşıdurma pik həddə çatmışdı.

Bundan sonra isə Fəthullah Gülənin böyük tənqid hədəfi olmuş qarğış videoları yayılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm