"Ərdoğanla işləməyi səbirsizliklə gözləyirik"
Bizi izləyin

Dünya

"Ərdoğanla işləməyi səbirsizliklə gözləyirik"

Ağ Ev ABŞ prezidenti Barak Obamanın Türkiyə Baş naziri R.T.Ərdoğan ilə yeni vəzifəsində işləməyi səbirsizliklə gözlədiyini bildirib.

Axar.az xəbər verir ki, Ağ Ev Milli Təhlükəsizlik sözçüsü Keytlin Hayden Türkiyədəki prezident seçkisi nəticələrini bildiklərini qeyd edib. ABŞ prezidenti B.Obamanın Baş nazir Ərdoğanla bu yeni vəzifəsində işləməyi səbirsizliklə gözlədiyini ifadə edən Hayden Obamanın eynilə Ərdoğanın yerinə keçəcək Baş nazirlə də işləməyi arzuladığını qeyd edib.

Hayden Obamanın qarşıdakı günlərdə Baş nazir Ərdoğana zəng vuracağını gözlədiklərini də bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm