YSK nəticələri açıqladı
Bizi izləyin

Dünya

YSK nəticələri açıqladı

Türkiyə Ali Seçki Şurasının (YSK) sədri Sadi Güven prezident seçkisinin nəticələri ilə bağlı açıqlama verib.

ANS PRESS-in xəbərinə görə, Güven baş nazir Ərdoğanın verilən səslərin əksəriyyətini qazandığını deyib.

“Bu gün Türkiyədə keçirilən 12-ci prezidentin seçkisi başa çatıb. YSK tərəfindən bu gün qeyri-rəsmi nəticələr açıqlanacaq. Hal-hazırda nəticələrin 99 faizi sistemimizə daxil olub. 55 milyon 189 min seçicinin verdiyi səsin nəticələri açıqlanıb və məlumat siyasi partiyalarla paylaşılıb. Bundan sonra açıqlanacaq məlumatlar nəticəni dəyişdirməyəcək. Dəqiq olmayan nəticələrə görə, 6271 saylı prezident seçkisi qanununun 4-cü maddəsinə görə, səslərin əksəriyyətini Rəcəb Tayyib Ərdoğan qazanıb. Bu gün YSK qeyri-rəsmi nəticələri açıqlayacaq. İlkin nəticələrə görə, bu mərhələdə ikinci tur səs bülleteninin çapına və xaricdə ikinci turun keçirilməsi ehtiyac olmadığına qərar verilib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm