Kalqari şəhərində 4.1 bal gücündə zəlzələ
Bizi izləyin

Dünya

Kalqari şəhərində 4.1 bal gücündə zəlzələ

Kanadanın Alberta əyalətinin tərkibində olan Kalqari şəhərində 4.1 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, Kanada Milli Məlumatlar Mərkəzindən edilən açıqlamada zəlzələnin Edmonton ilə Kalqari şəhərlərinin arasında və Red Diə bölgəsinin qərbində hiss edildiyi bildirilib. Zəlzələdə ölən və ya yaralananların olmadığı, maddi ziyanın meydana gəlmədiyi açıqlanıb.

Kanada Geoloji Araşdırmalar Mərkəzi Albertanın zəlzələnin nadir baş verdiyi əyalət olmağına baxmayaraq silkələnmənin normal olduğunu qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm