• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Azərbaycanlılara “nəsə” söz verərlərsə, vəziyyət dəyişə bilər” – Yerevan narahatdır

  • Dünya
  • 11 Avqust 2014 12:06
  • 851 Baxış
“Azərbaycanlılara “nəsə” söz verərlərsə, vəziyyət dəyişə bilər” – Yerevan narahatdır

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən son toqquşmalar Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolu barədə yeni müzakirələri doğurdu. Bəzi ekspertlərin fikrincə, Moskva vəziyyətin kəskinləşməsindən istifadə etməyə çalışa bilər. Moskvanın birinci məqsədinin isə sülhməramlılarını münaqişə zonasında yerləşdirmək olduğu bildirilir.

Rusiyalı ekspertlər bu barədə çoxdandır ki, danışırlar. Yerevan isə bundan o qədər də narahat görünmürdü. İyulun 1-də keçirilən Yerevan-Moskva-Astana videokonfransda MDB ölkələri İnstitutunun şöbə müdiri Vladimir Yevseyev bildirdi ki, Qarabağ ərazisində sülh kontingentinin yerləşdirilməsi müharibə təhlükəsinin azaldılmasına imkan yaradardı. Ermənistan da bundan sonra narahat olmağa başladı.

Ermənistan müdafiə naziri Seyran Ohanyan iyulun 2-də verdiyi açıqlamada Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsindən qəti surətdə imtina etdi. Nazir bildirdi ki, Ermənistan və “Dağlıq Qarabağ ordusu” vəziyyətə nəzarət etmək üçün kifayət edir.

Erməni ekspert Aykazna Qaqriyanın fikrincə, münaqişə zonasında vəziyyətin kəskinləşməsi Moskvaya sərf edir. O hesab edir ki, vəziyyətin kəskinləşməsi Rusiyaya sülhməramlıların yerləşdirilməsi məsələsini qaldırmağa imkan verir. Ekspert bildirir ki, Rusiya Cənubi Qafqazın regionunda Ukrayna, Gürcüstan və Moldovadakı təsirinin itkisini kompensasiya etməyə çalışacaq.

A.Qaqriyanın fikrincə, Moskva veft və qazla zəngin Azərbaycanı Avrasiya İttifaqına cəlb etmək istəyir.

“Hələ ki Bakının belə bir arzusunun olduğunu göstərmir. Amma azərbaycanlılara “nəsə” söz verərlərsə, vəziyyət dəyişə bilər. “Nəsə” isə tanınmamış Dağlıq Qarabağ Respublikasının nəzarəti altında olan bir neçə rayon ola bilər”, - A.Qaqriyan güman edir.

Digər bir erməni analitik Ara Papyanın fikrincə, Moskva Bakıya izah etməyə çalışır ki, Avrasiya İttifaqına üzv olacağı halda Ermənistanı güzəştlərə məcbur edə biləcək. “Ancaq münaqişə zonasında Rusiya sülhməramlılarının yerləşdirilməsinə qarşı yalnız Ermənistan çıxmır, həm də Qərb və İran bunun əleyhinədir. Rusiya sülhmərmalıları yalnız stabilliyi pozacaq”, - analitik deyib.

Ermənistan “Azad Demokratlar” Partiyasının sədr müavini Anuş Sedrakyan da Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsinə qarşı olduğunu bildirib. O, mövqeyini Rusiyanın münaqişə tərəflərini silahlandırması ilə izah edir. Onun sözlərinə görə, Rusiya həm KTMT, həm də ikitərəfli formatda hərbi-siyasi partnyoru hesab etdiyi Ermənistanın rəqibi Azərbaycana müasir hücum silahları satır və Yerevan bundan narahatdır.

A.Sedrakyanın fikrincə, əgər münaqişə zonasında sülhməramlılar lazım olacaqsa, bu, Rusiya deyil, neytral güclər olmalıdır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR