Baş nazir kim olacaq? – Analiz
Bizi izləyin

Dünya

Baş nazir kim olacaq? – Analiz

Publika.az “Milliyət”ə istinadən xəbər verir ki, qeyri-rəsmi açıqlamalara görə, Ərdoğanın prezidentliyi dəqiqləşərsə, AKP fövqəladə qurultaya hazırlıq keçirəcək. Həmçinin bu çərçivədə kimin baş nazir olacağı ilə bərabər, yeni hökumət təşkili prinsipləri ilə bağlı müzakirələrə başlanılacaq.

Ankarada müzakirə edilən ən güclü ssenariyə görə, avqustun 28-də rəsmən prezident olacaq Ərdoğan AKP-nin fövqəladə qurultayında seçiləcək sədrə hökuməti qurmaq tapşırığı veriləcək. AKP daxilində yeni baş nazirin kim olacağına dair müzakirələr isə bu gün başlayır. Bu gün İdarə Heyətinin toplanması ilə qurultay qərarının veriləcəyi gözlənilir.

Ərdoğanın sədrliyinin ləğvindən sonra fövqəladə qurultayadək AKP sədrinin Məhmət Əli Şahin olacağı gözlənilir. Ərdoğanın baş nazirliyinin ləğv edilməsindən sonra yeni hökumətin qurulmasınadək onun səlahiyyətlərini Bülənt Arınc yerinə yetirəcək.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm