Gülənin kəndindən kim seçildi?
Bizi izləyin

Dünya

Gülənin kəndindən kim seçildi?

Ərzurumun Qorucuq kəndindən Ekmeleddin İhsanoğlu prezident seçilib.

Publika.az xəbər verir ki, Fətullah Gülənin doğulduğu və böyüdüyü kənd olan Əzurumun Qorucuq kəndindən ən çox səsi müxalifətin vahid namizədi olan Ekmeleddin İhsanoğlu qazanıb.

Belə ki, Ekmeleddin İhsanoğlu 167, Ərdoğan 53, Səlahəddin Dəmirdaş isə 1 səs qazanıb. 224 seçicinin qatıldığı seçkidə səslərdən üçü etibarsız sayılıb.

Xatırladaq ki, Türkiyədə çox böyük nüfuza malik olan dini lider Fətullah Gülən 17 dekabr əməliyyatlarından sonrakı qarğış dolu videosunun ardından heç bir açıqlama verməyib. Bu yaxınlarda yeni bir videosu yüklənən Gülən videonun əvvəlində beş dəfə “ekmel” sözünü təkrarlayıb. Bununla da Fətullah Gülən subliminal mesaj verdiyi iddia edilib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm