Fransa “Əl-Qaidə” düşərgələrini bombaladı
Bizi izləyin

Dünya

Fransa “Əl-Qaidə” düşərgələrini bombaladı

Fransa Malidə islamçılara qarşı əməliyyata başlayıb.

Publika.az “BBC”yə istinadən xəbər verir ki, bazar günü fransız aviasiyası “Əl Qaidə”nin düşərgəsini bombalayıb.

Xəbər verilir ki, ötən ilin yanvarından islamçılar ölkənin şimal regionunu tam ələ keçiriblər. O vaxtdan Fransa “Əl Qaidə”ni Malidən sıxışdırmağa çalışır.

Malinin şimalında islamçılarla yanaşı, etnik tuareqlər də hökumət qüvvələri ilə savaşırlar. Lakin bu ilin mayından etibarən tuareqlər hökumətlə sülh danışıqlarına başlayıblar.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm