“Əl-Qaidə”nin İŞİD-ə məktubu ortaya çıxdı
Bizi izləyin

Dünya

“Əl-Qaidə”nin İŞİD-ə məktubu ortaya çıxdı

“Əl-Qaidə”nin 2011-ci ildə öldürülən lideri Üsamə bin Ladenin Pakistandakı qaldığı mağaradan “İraq Şam İslam Dövləti”ini (İŞİD) tənqid edən bir məktub tapılıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, məktubda İŞİD-in “Əl-Qaidə”nin nüfuzuna zərər vuracağı barədə narahatlıq ifadə olunub.

İyirmi bir səhifəlik məktubun Üsamə bin Ladenin qaldığı yerdə kağızlar arasından tapıldığı bildirilir. Yeni və mərhəmətsiz islam radikal qrupunun meydana çıxacağı barədə xəbərdarlıq edilən məktubda məsləhət görülür ki, “Əl-Qaidə” ilə bağlı olan bütün qruplar İŞİD-lə əlaqələri kəssin.

Məlumata görə, məktubu bin Ladenə yaxın və rəhbərlikdə təmsil olunan şəxslərdən biri yazıb. Məktubda İŞİD-in kimyəvi silahdan istifadə etdiyi, məscidləri bombaladığı və Bağdadda bir katolik kilsəsində terror aktı törətdiyi deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm