Turist avtobusu qəzaya düşdü, yaralılar var
Bizi izləyin

Dünya

Turist avtobusu qəzaya düşdü, yaralılar var

Turizm şirkətlərinin birinə aid olan avtobus gecə saatlarında qəzaya düşüb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Manisa vilayətində olub. Avtobusun sürücüsü 48 yaşlı Mürsəl Tozar idarəetməni itirib, tarlaya yuvarlanıb. Avtobusda olan 52 sərnişin yaralanıb. Təcili Tibbi Yardım maşınları yaralıları xəstəxanaya yerləşdirib. Xəsarət alanlar arasında uşaqların da olduğu bildirilir.

Hadisə yerinə gələn polis əməkdaşları qəzanın sürücünün sükan arxasında yatması səbəbindən baş verdiyini müəyyən ediblər.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm