“Təl-Əviv” metrosunun çəkilişini HƏMAS-a həvalə edək”
Bizi izləyin

Dünya

“Təl-Əviv” metrosunun çəkilişini HƏMAS-a həvalə edək”

İsrail və Fələstin arasında yenidən üçgünlük atəşkəs haqda razılığa gəlinib.

Publika.az xəbər verir ki, sosial şəbəkələrdə də israillilər və ərəblər arasında müvəqqəti “atəşkəs” elan edilib. Həm yəhudilər, həm də ərəblər bir-biri ilə zarafatlaşıblar.

İstifadəçilərin bir zarafatı isə xüsusi diqqət çəkib. İsrail hökuməti paytaxt Təl-Əvivdə neçə illərdir ki, metro çəkilişini planlaşdırır. Bunun üçün uyğun xarici şirkət axtarılır.

İndi yeraltı tunellərlə Çaxal ordusunu çətin duruma salan HƏMAS gündəmə gəlib. İstifadəçilər deyir ki, bəlkə, Təl-Əvivdə metronu HƏMAS çəksin. Necə olsa, onlar yeraltı tuneli əcnəbilərdən daha tez qazırlar.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm