İŞİD son 24 saatda iki qadını daş-qalaq etdi
Bizi izləyin

Dünya

İŞİD son 24 saatda iki qadını daş-qalaq etdi

İŞİD son 24 saatda iki qadını daş-qalaq etdi

Zina etməklə günahlandırılan bir qadın yüzlərlə adamın qarşısında İŞİD yaraqlıları tərəfindən rəcm (daş-qalaq – red.) edilərək öldürülüb.

Publika.az “Əl-Ərəbiyə”yə istinadən xəbər verir ki, İŞİD (İraq Şam İslam Dövləti) işğal etdiyi Suriyanın şimalındakı Rakka şəhərində Fəddah Əhməd adlı bir qadını zina etməkdə təqsirkar bilib.

Başına qara bir mələfə keçirilərək Rakka bələdiyyə binasının qarşısındakı parka gətirilən qadın əvvəlcə qurşağadək torpağa basdırılıb.

Daha sonra bir İŞİD yaraqlısı yüzlərlə şəxsin qarşısında qadını daşlayaraq onun ölümə məhkum edildiyinə dair qərarı oxuyub və başqalarının da qadını daşlamasını istəyib.

Şahidlərdən birinin dediyinə görə, kütlə qadını daşlamaq istəmədiyindən əksəriyyəti əcnəbi olan İŞİD yaraqlıları özləri bu istəyi yerinə yetiriblər.

Məlumata görə, Rakkadakı rəcmlə birlikdə Suriyada son 24 saatda iki qadın daşlanaraq öldürülüb. Bundan əvvəl də Suriyanın Təbkə qəsəbəsində Şamşəh Abdullah adlı bir qadın nikahdankənar cinsi əlaqəyə girməkdə günahlandırılaraq daş-qalaq edilib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm