Mixail Saakaşvili: “Putin hər şeyin çox sadə olduğunu düşünürdü”
Bizi izləyin

Dünya

Mixail Saakaşvili: “Putin hər şeyin çox sadə olduğunu düşünürdü”

“Prezident Vladimir Putin Ukrayna məsələsində çox uzağa getdi. Putin artıq təhlükəsiz vəziyyəti bərpa etmək gücündə deyil”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili yerli telekanallardan birinə açıqlamasında deyib.

Ukraynaya son vaxtlar dəfələrlə səfər etdiyini deyən M.Saakaşvili insanların islahatlardan danışdığını bildirib: “İnsanlar istəyirlər ki, korrupsiya olmasın. İnsanlar əslində müharibəyə səfərbər edilib, amma onu istəmirlər. Amma bu, Ukrayna xalqının seçimi deyil. Düşünürəm ki, Rusiyanın perspektivi yoxdur. Putin üçün Krım çox asan görünürdü. O, belə ehtimal edirdi ki, Ukraynanın şərqini və cənubunu qoparacaq, hamı təslim olacaq və böyük rus imperiyası bərpa olacaq”.

Keçmiş prezident əlavə edib ki, ən pis variant tammiqyaslı işğaldır. O, V.Putinin müxtəlif variantları nəzərdən keçirdiyini qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm