“Dnepr” batalyonu “xalq meri”ni tutdu
Bizi izləyin

Dünya

“Dnepr” batalyonu “xalq meri”ni tutdu

Ukraynanın “Dnepr” könüllü batalyonu Alçevsk rayonunun “xalq meri” Nikolay Boykonu saxlayıb.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “RBK-Ukrayna” xəbər agentliyi bildirib.

Məlumatda həmçinin bildirilir ki, Ukrayna ordusu eyni vaxtda dörd - Donetsk, Luqansk, Alçevsk- Staxanov və Torez-Snejnoe istiqamətində hücumlarını davam etdirir.

Qeyd edək ki, Ukraynanın şərqində separatçılara qarşı döyüşlərdə “Dnepr”dən başqa “Azov”, “Şaxtyorsk” “Donbas” və “Aydar” könüllü batalyonları vuruşur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm