Putinin köməkçisi: “Tərəflər məcburi həll variantına sövq edilməyib”
Bizi izləyin

Dünya

Putinin köməkçisi: “Tərəflər məcburi həll variantına sövq edilməyib”

“Rusiya istəyir ki, Qafqazda sabitlik hökm sürsün. Rusiya Federasiyasının təşəbbüsü ilə gündəmə gələn sülh danışıqları da bu hədəfə yönəlib”.

Publika.az-ın rus mediasına istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistan və Azərbaycan prezidentlərinin Soçi görüşünü şərh edən Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, tərəflər hər hansı bir məcburi həll variantına sövq edilməyib: “Sadəcə olaraq, onların özləri münaqişənin həlli üzrə razılığa gəlməyə məcburdur. Rusiya bu görüşlərin zamini ola bilər”.

Putinin köməkçisi Azərbaycan və Ermənistanın Rusiya üçün çox əhəmiyyətli olduğunu vurğulayıb: “Azərbaycan və Ermənistan Rusiya üçün əhəmiyyətli partnyorlardır. Bizim ölkələrimiz arasında tarix boyu mədəni və humanitar münasibətlər olub. Rusiya hər iki ölkə ilə sıx əməkdaşlığa önəm verir. Amma Qarabağ problemi bütün regionun inkişafına mane olur. Rusiya buna görə də münaqişənin həllini arzulayır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm