Hərbçilər Prezident qarşısında tələb qoydu
Bizi izləyin

Dünya

Hərbçilər Prezident qarşısında tələb qoydu

Ukrayna hərbçiləri ölkə Prezidenti Viktor Yanukoviçi vəziyyəti sabitləşdirmək üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıblar. Trend məlumatına görə, bu barədə RİA Novosti Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Hərbçilər öz vətəndaş mövqelərindən çıxış edərək Prezidenti cəmiyyətdə birliyin əldə edilməsi məqsədilə addımlar atmağa çağırıblar.

Xatırladaq ki, Ukraynada etiraz aksiyaları ötən ilin noyabr ayında Nazirlər Kabinetinin avrointeqrasiyaya fasilə verilməsi barədə açıqlamasından sonra başlayıb. Müxalifətin yanvarın 19-da Kiyevdə keçirdiyi növbəti xalq nümayişi zamanı radikallarla hüquq mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb. İştişaşlar nəticəsində 3 nəfər həlak olub. Müxalifət hökumətin istefasını və avrointeqrasiyanın davam etdirilməsini tələb edir.

Ukrayna Prezidenti Viktor Yanukoviç Nikolay Azarovun Baş nazir vəzifəsindən azad edilməsinə dair fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti də istefaya göndərilib. Hazırda Baş nazirin səlahiyyətlərini Baş nazirin I müavini Sergey Arbuzov icra edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm